PKK Türkiyədə XVI əsrə aid məscidi yandırdı - VİDEO

PKK Türkiyədə XVI əsrə aid məscidi yandırdı -


Türkiyənin Diyarbəkir əyalətində Osmanlı dövrünə aid məsciddə terrorçu PKK silahlıları partlayış törədib. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, terrorçular Diyarbəkir şəhərinin Fatihpaşa məscidinə (Kurşunlu came) əldə düzəldilən partlayıcı qurğu atıblar. Nəticədə yanğın baş verib.

Xəbərdə bildirilib ki, terror aksiyası nəticəsində məscidə ciddi ziyan dəyib. Qeyd edək ki, bu məscid 1516-1520-ci illərdə, Osmanlı imperiyası dövründə tikilib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...