Azərbaycanlı oliqarx Rusiyada tutulan bakılı yəhudinin müdafiəsinə qalxdı

Azərbaycanlı oliqarx Rusiyada tutulan bakılı yəhudinin müdafiəsinə qalxdı


Sankt-Peterburqun ən varlı adamlarından biri, “Konrad” şirkətlər qrupunun direktorlar şurasının sədri, əslən Azərbaycandan olan Vaqif Məmişov Federasiya Şurasına müraciət edərək digər Azərbaycan əsilli, milliyyətcə yəhudi Roman Manaşirovu dəstəkləyərək onun girov müqabilində azadlığa buraxılması üçün vəsatət qaldırmağı xahiş edib.

Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, buna baxmayaraq Roman Manaşirov istintaq təcridxanasında qalıb.

O, Daxili İşlər Nazirliyinin Moskva Baş İstintaq İdarəsinin müstəntiqləri polkovnik Viktor Rubaşkinə və podpolkovnik Vladimir Andrievskiyə rüşvət verməkdə ittiham edilir.

Roman Manaşirov Cinayətkar qruplaşmanın təşkil etməkdə təqsirkar bilinərək tutulan biznesmen dostu Januko Rafailova qarşı cinayət işinin dayandırılması məqsədilə bu addımı atıb.

Əvvəlcə rüşvətin miqdarı 2 milyon rubl olub, ancaq istintaq tədbirləri zamanı Rafailovun azadlığa buraxılması üçün təklif olunan pulun 10 milyon dollar olduğu ortaya çıxıb.

Roman Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudi ailəsində anadan olub. O, uşaqlığının və gəncliyinin çox hissəsini Quba rayonundakı Qırmızı Qəsəbədə keçirib. 1986-cı ildə ortaq məktəbi bitirəndən sonra hüquq təhsili almaq üçün Moskvaya gedib. Böyük daşınmaz əmlak sahibi və iş adamıdır.

Onun müdafiəsinə çalışan Vaqif Məmişov 1963-cü il martın 11-də Masallı rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Avtomobil Nəqliyyatı Texnikumunu, 1999-cu ildə isə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Akademiyasının hüquq fakültəsini bitirib.

Azərbaycanlı oliqarx Rusiyada tutulan bakılı yəhudinin müdafiəsinə qalxdı

Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Şurasının sədri, Rusiya Biznes Dəyirmi Masasının üzvü, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının akademikidir.

Mərkəzi Federal dairə üzrə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvü, Sankt-Peterburq və Moskvadakı bir necə sənaye müəssisəsini birləşdirən “Konrad” şirkətinin direktorlar şurasının sədridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1624 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...