Rusiya Türkiyəyə qarşı çirkli oyunlara başladı: PKK-ya dəstək verilir

Rusiya Türkiyəyə qarşı çirkli oyunlara başladı:


Rusiya Türkiyənin hava məkanını pozan Su 24 hərbi təyyarəsinin vurulmasının ardından PKK-nın Suriya qolu olan PYD-yə Hələbin şimalında Türkiyə sərhədində etibarlı bölgə elan edilməsi planlanan və Türkiyənin qırmızı xətti elan edilən Azez-Cerablus xəttində irəliləməsi üçün sıx hava dəstəyi təmin etməyə başlayıb.

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, PYD hazırda nəzarət etdiyi Afrin və Kobanini birləşdirmək üçün Rusiya çətiri altında iki istiqamətdən hərəkətə keçib. Bir tərəfdən 5 gündür müxaliflərin Azezdəki cəbhə xətlərinə hücum edən PYD, digər tərəfdən Firatın qərbinə keçə bilmək üçün Cerablusda İraq-Şam İslam Dövləti (İŞİD) ilə vuruşur.

Afrinin şərqində, Hələbin şimalında olan və müxaliflərin nəzarətindəki Deyr Cemal Meryemeyn, Malikiyə və Ziyara diyarları 5 gündür havadan Rusiya döyüş təyyarələrinin, qurudan isə PYD-nin hərbi gücü YPG-nin liderliyindəki Suriya Demokratik Güclərinin hücumuna məruz qalır.
Rusiya hərbi təyyarələri, 5 gündə iki dəfə Azez mahalında olan Babus Selama sərhəd qapısına gedən və insani kömək üçün istifadə edilən yoldakı TIR-lara hava hücumları təşkil edib, insan itkiləri yaşanarkən, yardım aparan TIR-lara da ziyan dəyib.

YPG qüvvələri 3 gündür Rusiyanın havadan dəstəyi ilə İŞİD-in nəzarətində olan Firatın qərbindəki Cerablusa irəliləmək cəhdinə də dəstək verir. Yerli mənbələr Cerablus ilə Mümbiç arasındakı bölgənin 3 gündə 15 dəfə Rusiyanın bombardmanı altında qaldığını bildirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1034 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...