"Putinə də dedim, Türkiyə haqlıdır" OBAMA

"Putinə də dedim, Türkiyə haqlıdır"


Parisdə BMT-nin iqlim dəyişikliyinə həsr olunan zirvə toplantısında iştirak edən ABŞ və Türkiyə prezidentləri arasında görüş keçirilib.

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, Barak Obama və Rəcəb Tayyib Ərdoğan arasındakı görüş 1 saat davam edib.

B. Obama Rusiya hərbi təyyarəsinin vurulmasından sonra yaranmış durumu və Rusiya ilə Türkiyənin bundan sonra necə əməkdaşlıq edə biləcəklərini müzakirə etdiklərini bildirib: “Türkiyənin özünümüdafiə hüququnu dəstəkləyirik. Putinə də dedim. Türkiyə haqlıdır. Gərginliyi azaltmaq lazımdır”.

B. Obama qeyd edib ki, hamının ortaq düşməni İŞİD-dir və diqqət bu təhlükəyə qarşı mübarizəyə yönəlməlidir. R. T. Ərdoğan isə Suriyadakı Bayırbucak bölgəsində İŞİD-in olmadığını, bu ərazinin bombardman edilməsindən üzüntü duyduqlarını söyləyib: “Rusiya ilə gərginliyi azaltmaq istəyirik. Niyyətimiz bölgə sülhünə töhfə verməkdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...