Ərdoğan və Obama görüşdü

Ərdoğan və Obama görüşdü


Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP-21) çərçivəsində ABŞ prezidenti Barak Obama ilə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, mətbuata qapalı olan görüş bir saat davam edib.

Görüş zamanı tərəflər Suriyadakı vəziyyəti, terrora qarşı birgə mübarizə və Türkiyənin sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi ətrafında yaranan qalmaqalı müzakirə ediblər. Görüşdən sonra, prezidentlər birgə mətbuat konfarnsı keçiriblər.
Barak Obama deyib ki, "Biz Türkiyənin özünü müdafiə hüququnu dəstəkləyirik. İki ölkə arasında gərginliyin diplomatik yollarla həllindən danışdıq".

Ərdoğan isə bildirib ki, Rusiya təyyarəsinin vurulduğu ərazidə terrorçu İŞİD qruplaşması yoxdur. Prezident vurğulayıb ki, Rusiya ilə ölkəsi arasındakı gərginlyin diplomatik yolla həllinə tərəfdardılar: "Biz iki ölkə arasında gərginliyin azaldılmasının tərəfdarıyıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...