OPEK TOPLAŞIR - neft bahalaşa bilər

OPEK TOPLAŞIR -


Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra neft bahalanmağa başlayıb. Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEK) isə istehsalı azaltmağı nəzərdən keçirir. Bunu CNBC yazır.

Rusiya dünyanın ən böyük neft istehsalçısıdır. Təhlilçilərin fikrincə, Suriya sərhədində baş verənlər neftin qiymətinə birbaşa təsir göstərir. Dünyanın ikinci neft istehsalçısı Səudiyyə Ərəbistanı isə nəhayət ki, istehsalı azaltmağa hazırdır. Gələn həftə OPEK-in toplantısı keçiriləcək. "Neftin qiymətinin aşağı olması Səudiyyənin büdcəsində çətinlik yaradır. Bu ölkə indi istehsalı azaltmaq məqamına çatıb" - bunu CNBC-yə Sidneydə mənzillənən "Paradigm Securities"dən Barri Deyvis deyib.

Səudiyyə Ərəbistanı bu həftə bildirib ki, neftin qiymətinin sabit saxlanması üçün OPEK-in digər üzvləri ilə işləyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1159 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...