Ukrayna hava məkanını Rusiya üçün bağladı

Ukrayna hava məkanını Rusiya üçün bağladı


Ukrayna bütün Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.

AzVision.az xəbər verir ki, bunu ölkənin baş naziri Arseniy Yatsenyuk açıqlayıb. O, qeyd edib ki, ötən ay Ukrayna Rusiya təyyarələrinin öllkəyə daxil olmasına qadağa qoymuşdu: “Amma Rusiya təyyarələrinin tranzit uçuşlarına qadağa qoyulmamışdı. Bu qərardan sonra isə tranzit uçuşlara da qadağa qoyulacaq”.

Onun sözlərinə görə, bu addım Rusiyanın qəbul etdiyi addıma adekvat olaraq qəbul edilib: “Rusiya Ukrayna təyyarələrinin onun səmasında uçuşu ilə bağlı qərarını dəyişməyib. Biz gözləyirdik ki, Rusiya qərarını dəyişəcək və Ukrayna təyyarələrinin Rusiya üzərindən uçuşuna icazə verəcək. Lakin Rusiya bunu etmədi. Buna görə də Ukrayna hökuməti belə bir qərar qəbul etməli oldu”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...