"Hilton" otellər şəbəkəsi haker hücumlarına məruz qalıb

"Hilton" otellər şəbəkəsi haker hücumlarına məruz qalıb


Beynəlxalq otellər şəbəkəsi "Hilton" haker hücumlarına məruz qalıb.“APA-Economics” RBK-ya istinadən xəbər verir ki, haker hücumlarının məqsədi müştərilərin ödəniş kartları barədə informasiyaları əldə etmək olub.

Otellər şəbəkəsinin yaydığı açıqlamada bildirilib ki, hadisə ilə əlaqədar ekspert-kriminalist, hüquq-mühafizə orqanları, eləcə də ödəniş kartlarını istehsal edən şirkətlərlə sıx əməkdaşlıq şəraitində təhqiqat aparılıb. Otellər şəbəkəsinin təhqiqatı nəticəsində müəyyən olunub ki, hakerlər zərərli proqram təminatından istifadə ediblər. Hücumların məqsədi ödəniş kartlarının sahibləri, kartların nömrələri, onların istifadə müddəti və təhlükəsizlik kodunu əldə etmək olub.

Açıqlamada hakerlərin kartların informasiyalarının əldə edib-etmədikləri barədə məlumat açıqlanmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...