Güney Azərbaycan türkləri Rusiyaya qarşı etirazlara başlayır

Güney Azərbaycan türkləri Rusiyaya qarşı etirazlara başlayır


İranda Azərbaycan vətəndaşları Rusiya əleyhinə aksiyaya hazırlaşırlar. ANS PRESS-in məlumatına görə, azərbaycanlıların bu aksiyanı keçirmələrinə səbəb Rusiya hərbi aviasiyasının Suriyadakı türkmənləri bombalamasıdır. Bununla əlaqədar, Rusiyanın Tehrandakı səfirliyi qarşısında bir qrup azərbaycanlı mitinq keçirəcək. Bu məsələ, eyni zamanda, Türkiyə hakimiyyətini də maraqlandırır. Belə ki, Türkiyə hakimiyyəti bununla bağlı BMT-in Təhlükəsizlik Şurasında fövqəladə iclas çağırmağı xahiş edib.

Türkiyə məsələ ilə bağlı Böyük Britaniyaya məktub göndərib, bundan başqa, Ankara hal-hazırda Suriya türkmənləri ilə bağlı problemi aradan qaldırmaq üçün Vaşinqton və Moskva ilə danışıqlıqlar aparır. Xarici mənbələrin məlumatına görə, baş nazir Əhməd Davudoğlu problemlə bağlı silahlı qüvvələrin başçısı və milli kəşviyyat məntəqəsinin rəhbəri ilə də məsləhətlər aparıb.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışıqlıqları aparıb. İkitərəfli telefon danışığının əsas mövzusu yenə Rusiyanın Suriyaya avizərbələr endirməsi haqda olub. Daha əvvəl də Türkiyənin Xarici İşlər Nazirliyi Rusiya səfirliyini çağıraraq, Suriyanın şimalını Rusiya təyyarələrinin bombardman etdirmələri haqqında öz etirazını bildirib, hətta, Suriyanın türkmən qəsəbələrinə endirilən zərbələri təcili dayandırmağı da söyləyib. Sentyabrın 30-dan etibarən Suriyanın Latakiya ərazisi yaxınlığında Bazel əl-Əsəd (“Hmeymim”) aerodromunda yerləşən Rusiya aviasiyası Suriyada olan İŞİD-ə ilk zərbələrini endirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...