Banqladeşdə müxalifət liderləri edam edilib

Banqladeşdə müxalifət liderləri edam edilib


Banqladeşdə müxalifət liderləri Əli Əhsən Məhəmməd Mucahid və Səlahəddin Kuader Çoudhuri barəsində çıxarılmış ölüm hökmü icra edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Banqladeş Ali Məhkəməsi Mucahid və Çoudhurinin ölüm hökmünə verilmiş apelyasiya şikayətlərini təmin etməyib.

Müxalifətçilər 1971-ci ildə müstəqillik uğrunda gedən müharibə zamanı törətdikləri cinayətlərə görə ölüm cəzasına məhkum ediliblər. Edamın müxalifət tərəfdarlarının etirazına səbəb olacağı gözlənilir.

Qeyd edək ki, Hindistan, Qərbi Pakistan və Şərqi Pakistan (ərazisində sonradan Banqladeş dövləti yaradılıb) arasında müharibə 1971-ci ilin martından dekabrınadək davam edib. Hindistanın Banqladeşə dəstək verməsi III Hindistan-Pakistan müharibəsinin başlanmasına səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1076 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...