Almaniyada partlayış nəticəsində azı 4 nəfər ölüb

Almaniyada partlayış nəticəsində azı 4 nəfər ölüb


Almaniyanın cənubundakı Karlsrue şəhərində mənzillərin birində baş vermiş partlayış nəticəsində ikisi uşaq olmaqla azı 4 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Welt” nəşri məlumat yayıb.

Məlumata görə, insident binanın üçüncü mərtəbəsindəki mənzildə baş verib. Partlayış nəticəsində digər sakinlər xəsarət almayıb. Hadisənin səbəbləri hələlik məlum deyil.
-


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...