Mursi Misir hökumətinə səsləndi - "Mən hələ də..."

Mursi Misir hökumətinə səsləndi - "Mən hələ də..."


Misirin devrilmiş prezidenti Məhəmməd Mursi məhkəmədən öncə keçirilən istintaqı rədd edib. Avropa.info xəbər verir ki, hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan Mursi hələ də bu ölkənin qanuni prezidenti olduğunu bildirib. “Mən hələ də bu ölkənin prezidentiyəm. Konstitusiyaya görə xüsusi statusa malik olmayan məhkəmələr mənim işimə görə istintaq aparmaq kimi bir səlahiyyətə malik deyil”

Ədliyyə Nazirliyindəki mənbələrdən əldə olunan məlumata görə Qahirənin cənubundakı Tora həbsxanasında Mursinin şahid olaraq dindiriləcəyi 2013-cü ilin yanvar ayında baş vermiş Port Səid hadisələri ilə bağlı məhkəmə iclası keçirilib. Mursi Məhkəmə öncəsi istintaqı rədd edərək, məhkəmədən əvvəl müdafiə heyəti ilə görüşmək istəyib. Misirin şimal-şərqində yerləşən Port Səid şəhərində 2013-cü ilin yanvar ayında əl-Ərəb polis mərkəzinə basqın olmuş və nəticədə 5 nəfər həlak olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1067 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...