Prezidentin nəvəsi 1 ton narkotiklə tutuldu
Venesuella prezidenti Nikolas Maduronun 2 yaxın qohumu Haitidə keçirilən əməliyyatla 1 tona yaxın narkotiklə saxlanılıb. Efrain Antonio Campos Flores və Francisco Flores de Freites adlı 2 nəfər ABŞ təhlükəsizlik qüvvələrinin nəzarətində keçirilən əməliyyat zamanı Haiti polisi tərəfindən saxlanılıb. Narkotik qaçaqmalçılığına görə saxlanılan 2 şübhəli ABŞ narkotiklə mübarizə idarəsinə təhvil verilib. Saxlanılan şəxslərdən birinin Maduronun nəvəsi, digərinin isə prezidentin həyat yoldaşının yaxın qohumu olduğu bildirilir.
Əməliyyata rəhbərlik edən narkotik şöbənin əməkdaşı Maykl Viqil saxlanılan şəxslərin diplomatik pasportları olduğunu və toxunulmazlıq statusu ilə səyahət etdiklərini bildirib. ABŞ rəsmiləri uzun müddətdir Venesuelanın yüksəkçinli məmurlarının beynəlxalq narkotik qaçaqmalçılığında əlləri olduğunu iddia edirdi. İyun ayında ABŞ mətbuatında, ABŞ federal prokurorluğunun Venesuela parlamemntinin spikeri Diosdadu Kabello və digər rəhbər məmurlar barədə narkotik qaçaqamalçılığı və çirkli pul yumaq iddiaları ilə istintaq apardığı iddia olunmuşdu. (ANSPRESS)
1166 dəfə oxundu