“Rusiya Suriyaya quru qüvvələri yerləşdirir”

“Rusiya Suriyaya quru qüvvələri yerləşdirir”


Rusiya Homs və Hama şəhərləri yaxınlığındakı döyüş zonalarına ağır artilleriya və digər quru qüvvələri yerləşdirir. Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland deyib.

Nuland-ın sözlərinə görə, Moskvanın Suriyaya hava kampaniyası gündə 2-4 milyon dollara başa gəlir. Nuland dinc yaşayış məskənlərinin də vurulmasını “mənəviyyatsızlıq” adlandırıb. Nuland noyabrın 4-də Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində çıxış edib. ABŞ təhlükəsizlik rəsmiləri və müstəqil ekspertləri noyabrın 4-də Reuters agentliyinə deyiblər ki, hazırda Rusiyanın Suriyada 4 min əsgəri var.

Moskva onillərdir prezident Bashar al-Assad rejiminə hərbi dəstək verir, ancaq qüvvələrinin sayı barədə məlumat açıqlamayıb. Sentyabrın 30-da Suriyaya hava zərbələrinə başlayanda isə, Pentaqonun hesablamalarına görə, bu ölkədə 2 min hərbçisi vardı ("Azadlıq" radiosu).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1023 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...