Marneulidə bir ailənin üç üzvünün meyiti tapılıb

Marneulidə bir ailənin üç üzvünün meyiti tapılıb
Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda evlərdən birində bir ailənin üç üzvünün meyiti aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslər ana, ata və onların yetkinlik yaşına çatmayan övladıdır.

Onların dəm qazından zəhərlənərək öldükləri müəyyən edilib. Ailənin həmin evdə kirayə qaldığı bildirilir.

İnsidentlə bağlı istintaq aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...