Ərdoğanın sürücüsü və türmə yoldaşı deputat oldu FOTOLAR

Ərdoğanın sürücüsü və türmə yoldaşı deputat oldu


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 illik sürücüsü Əhməd Hamdi Çamlı Ədalət və İnkişaf Partiyasından (AKP) 1 noyabr parlament seçkilərində millət vəkili seçilib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əhməd Hamdi Çamlı İstanbul 2-ci bölgəsində AKP-nin namizədlər siyahısında 13-cü yerdə idi.

O, 7 iyun seçkilərində həmin bölgədən 16-cı yerdə namizəd göstərilmiş, amma seçilməmişdi. Çamlı İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbərliyinə namizəd olduğu günlərdən bu yana Rəcəb Tayyib Ərdoğana könüllü sürücülük edib. Bir vaxtlar keçmiş baş nazir Nəcməddin Ərbakanın da sürücüsü olan Çamlı 14 yaşında olarkən Metris həbsxanasında Ərdoğanla birlikdə olub.


Ərdoğanın sürücüsü və türmə yoldaşı deputat oldu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
997 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...