Çin və Tayvan liderləri 1949-сu ildən bəri ilk dəfə görüşəcəklər

Çin və Tayvan liderləri 1949-сu ildən bəri ilk dəfə görüşəcəklər


Sinqapurda Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin və Tayvan prezidenti Ma İntzsyu arasında görüş keçiriləcək. APA-nın məlumatına görə, bu barədə “The Guardian” qəzeti Tayvan liderinin nümayəndəsinə istinadən yazıb.

Bu, 1949-cu ildən bəri, vətəndaş müharibəsindən sonra Çin və Tayvan liderlərinin ilk görüşüdür. “Tərəflər birgə maraq doğuran məsələləri müzakirə edəcək. Görüşün məqsədi iki ölkə arasında sülh və əmin-amanlığı təmin etməkdir”, deyə Ma İntzsyunun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, görüşdə hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb. Tərəflər mətbuat üçün açıqlama da verməyəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
858 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...