“PKK liderləri Öcalanı diri-diri basdırdı”

“PKK liderləri Öcalanı diri-diri basdırdı”


PKK liderləri Ərdoğan əleyhdarı kimi görünüb, Öcalanı məhv etməyə çalışdılar. Axar.az xəbər verir ki, bu sözləri NTV kanalında canlı yayımda Türkiyə Baş nazirinin köməkçisi Yalçın Akdoğan deyib. O, PKK ilə sülh prosesinin yenidən başlaması üçün hökumətin müəyyən şərtləri olduğunu bildirib:

“Bizim hazırkı mövqeyimiz PKK-nın hücumlarını boşa çıxartmaqdır. Bütün muxtariyyət, azad olunmuş bölgə planları çökdü. PKK çox səhv etdi. Bölgə xalqı da onlardan narazıdır. PKK-nın Türkiyədən çıxması tamamilə hərəkətsiz olması lazımdır. Yenidən sülh prosesinə başlamaq üçün bu şərtlər gerçəkləşməlidir. PKK Öcalanı da diri-diri İmralı həbxsanasına basdırdı. PKK liderləri Ərdoğan əleyhdarı kimi görünüb, Öcalanı məhv etməyə çalışdılar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1173 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...