Türkiyənin turizm şəhəri sel fəlakəti ilə üz-üzə

Türkiyənin turizm şəhəri sel fəlakəti ilə üz-üzə
Türkiyənin turizm şəhəri sel fəlakəti ilə üz-üzə

Türkiyənin İzmir şəhərində gecə saatlarında başlayan leysan yağışları səbəbindən əsas prospekt və küçələrdə gölməçələr əmələ gəlib, hərkət çətinləşib.

“Anadolu” agentliyi xəbər verir ki, bir çox bölgədə yollardakı gölməçələr sürücülərə təhlükəli vəziyyət yaradıb.

Şəhərin bəzi yerlərində yığılan su səki səviyyəsini keçib.

Bəzi avtobus dayanacaqlarında gözləyənlər dayanacaqların su basması səbəbindən çətinliklə üzləşiblər.

Xatırladaq ki, dünən İzmirdə həm də silsilə yeraltı təkanlar baş verib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...