Ermənistanda Kərki kəndinin Azərbaycana qaytarıldığını deyirlər

Ermənistanda Kərki kəndinin Azərbaycana qaytarıldığını deyirlər

Erməni politoloq Qrant Məlik-Şahnazaryan iddia edir ki, Şurnux kəndinin bir hissəsi ilə yanaşı Kərki kəndi də Azərbaycana keçəcək.

Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar.

Xatırladaq ki, ötən gün Azərbaycan hərbçiləri Qubadlı rayonu ərazisində Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda yerləşən Şurnux kəndinin bir hissəsini nəzarətə götürüblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünə görə Kərki kəndi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yerləşir. Kənd 1992-ci ilin mayında Ermənistan qoşunları tərəfindən işğal edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...