Keçmiş baş nazir Yanukoviçin oğurluq limuzinində gəzirmiş

Keçmiş baş nazir Yanukoviçin oğurluq limuzinində gəzirmiş

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun gəzdiyi “Mercedes” markalı limuzinin bu ilin sentyabrında Daxili İşlər Nazirliyi tərəfindən müsadirə olunmasının səbəbi aydınlaşıb. Virtualaz.org saytı xəbər verir ki, həmin avtomobilin keçmiş prezident Viktor Yanukoviç devriləndən sonra onun qarajından oğurlandığı üzə çıxıb.

Timoşenkonun sədri olduğu “Batkıvşina” partiyası DİN-ə sorğu göndərərək avtomobilin müsadirə edilməsinin səbəbini açıqlamağı tələb edib. Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, zirehli, 2011-ci ildə buraxılmış, dəyəri 800 min dollar olan “Мercedes Benz S600 Limousine Lang” markalı avtomobil cinayət işinin istintaqı çərçivəsində maddi sübut olaraq keçir. Məlum olub ki, əvvəlcə AA 0100 MK dövlət nömrə nişanını daşıyan həmin avtomobil 2014-cü ilin əvvəllərində Yanukoviçin qarajından yoxa çıxıb. Avtomobilin daha sonra keçmiş baş nazirin sərəncamına necə keçdiyi məlum deyil.

Ancaq Yanukoviçin qarajından limuzinlərin yoxa çıxdığı haqda mətbuat yazmışdı


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1242 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...