Əsədin taleyi həll olunur - Kritik görüş

Əsədin taleyi həll olunur -


Bu gün Vyanada ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirakı ilə keçiriləcək Suriya zirvəsində keçid müddətinin detalları aydınlaşa bilər. Axar.az xəbər verir ki, İran və Çinin də qatıldığı kritik zirvədə Suriyanın taleyi həll olunacaq.

Əsədlə, yoxsa Əsədsiz?

Vyana danışıqlarında Türkiyəni Firudin Sinirlioğlu təmsil edir. Rusiyanın tələbi ilə masa genişlənib. Birləşmiş Millətlər Təşkilatının veto səlahiyyəti olan 5 daimi üzvü də yığıncaqda iştirak edəcək.

İran və Çin də Vyanadadır

Yığıncağa ABŞ, Çin, İngiltərə, Fransa və Rusiya ilə bərabər İran da qatılır. İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Almaniya və İraqın xarici işlər nazirləri də toplantıda iştirak edəcək. Masa ətrafında yalnız bir məsələ - Suriyada keçid dövrünün formalaşması müzakirə olunacaq.

Əsəd problemi

Toplantıya qatılan ölkələrdən Rusiya, İran və Çin bloku Əsədin iştirak etdiyi keçid hökumətini dəstəkləyir. Lakin ABŞ, AB və ərəb ölkələri Əsədin keçid hökumətində iştirakının qeyri-mümkün olduğunu bildirir. İranın zirvə öncəsi bu mövzuda diplomatik manevrə başladığı, Xarici İşlər naziri Cavad Zərifin almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə görüşdüyü deyilir.

Toplantı öncəsi ölkələr arasında ikitərəfli görüşlər də sürətlənib. İngiltərə Xarici İşlər naziri Filip Hammond səudiyyəli həmkarı Adil Cubeyr ilə Riyadda bir araya gəlib.

ABŞ: İkisi də gedəcək

ABŞ Dövlət katibi Con Kerri İŞİD-i məğlub etmək üçün Suriyada davam edən vətəndaş müharibəsinin sona çatması lazım olduğunu deyib. Kerri “Əsəd gedərsə, yerinə İŞİD gələcək” kimi fikirləri tənqid edərək Suriya mövzusunda nikbin danışıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1113 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...