Rusiyadan Azərbaycana xəbərdarlıq FOTOLAR + VIDEOLAR
Rusiyada MDB-nin xüsusi xidmət orqanlarının rəhbərləri ilə toplantı keçirildi.“Rusiyanın Suriya ərazisində hərbi əməliyyatının əsas hədəfi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində baş verəcək qarşıqlığın önünə keçməkdir”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.
MDB-nin xüsusi xidmət orqanlarının rəhbərlərinin şura iclası çıxış edən Bortnikov bildirib ki, terrorçuların Müstəqil Dövlətlər Birliyi (MDB) məkanına kütləvi qayıdışı baş verə bilər.
"MDB ölkələrinin təhlükəsizliyinə hədələr günbəbün artır. Bu hədə ilk növbədə Yaxın Şərqdə, Əfqanıstanda və Pakistanda yerləşən münaqişə ocaqlarında döyüşən terrorçular vasitəsi ilə ortaya çıxır", - Bortnikov vurğuladı.
Aleksandr Bortnikov - Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru
Aleksandr Bortnikov bildirib ki, belə bir məqamda birlik ölkələrinin xarici sərhədlərinin möhkəmləndirilməsi məsələsi gündəmə gəlir.
“Sərhədlərin qorunması məsələsinə xüsusi ilə Mərkəzi Asiya dövlətlərində diqqət yetirmək lazımdır. Əks təsirlərin yaranmaması üçün MDB-nin daxilində terrorçular barəsinda kəşfiyyat məlumatlarının ötürülməsinə diqqət artırılmalıdır. Biz münaqişə zonalarındakı terrorçuların hərəkət istiqamətini diqqətdə saxlamalıyıq. Çünki onların ölkələrimizə geri dönmə təhlükələri var”.
MTN rəhbərinin çıxışını Qazaxıstanda keçirilən iclasında MDB dövlət başçılarının son iclasında Rusiya prezidenti Vladimir Putin də nitqinin davamı hesab etmək olar. Çünki Putin də həmin iclasda həmkarlarını terrorçuluğun təhlükələri ilə bağlı narahat olmağa çağırıb. Digər tərəfdən isə Bortnikov kimi Putin də həmkarlarını ona kömək etməyə səsləyib.
“Rusiyadan və Müstəqil Dövlətlər Biliyinə (MDB) daxil olan ölkələrdən təxminən yeddi min vətəndaş İŞİD terror qruplaşmasının tərkibində vuruşur. Biz imkan verməməliyik ki, onlar bizim ölkələrimizə qayıtsınlar. Ona görə də, beynəlxalq terrorizimə qarşı vuruşmaq lazımdır”, - deyə Putin bildirib.
Rusiyanın bombaladığı əsas şəhərlər(qırmızı rənglə işarələnib)
Rusiya dövlət rəsmiləri belə çıxışlarla daxil olduqları təhlükəli oyunda yeni tərəfdaş axtardıqlarını ortaya qoyur. Çünki iqtisadi zəifləmə dövrünü yaşayan Rusiya terrorçuluqla mübarizəyə milyonlarla dollar pul xərcləyir. İqtisadi geriləmə isə bu mübarizədə onu yeni tərəfdaş axtarmağa məcbur edir. Hər iki dövlət rəsmisinin dediyi “terrorçular bizim ölkələrimizə dönə bilər” ifadələrinin məqsədi isə ətraf dövlətləri qorxudub bu mübarizəyə təhrik etməkdir. Düzdür Mərkəzi Asiyada və Qafqazda terror təhlükəsi artmaqdadır. Bu təhlükəni Şimali Qafqazda terrorçular tərəfindən yaradılan qondarma “Qafqaz Əmirliyi”nin və MDB məkanından təxminən yeddi min insanın terrorçuluq fəaliyyəti ilə məşğul olmasının timsalında hiss etmək olur.
Rusiyanın Suriyaya hava zərbələrinin nəticələri
Amma terrorla mübarizə üçün uzaq Suriyaya əsgər, silah-sursat və digər hərbi ləvazimatlar göndərmədən də mübarizə aparmaq olar. Azərbaycandan da terror qruplaşmalarının tərkibində döyüşən silahlıların sayı kifayyət qədərdir. Amma mütəmadi keçirilən əməliyyatlarla ölkəyə qayıdan terrorçular zərərsizləşdirilir. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi son əməliyyatda terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 5 Aəzrbaycan vətəndaşı saxlanılıb. Onlar - Namiq Şahid oğlu Quliyev, Xalid Əliağa oğlu Hacıverdiyev, Taleh Mahir oğlu Əhmədov, Elvin Əsgər oğlu Əsgərov və Anar Kərəm oğlu Mahmudov şübhəli şəxs qismində tutulublar.
Sentyabr ayının 22-də də Milli Təhlükəsizlik Nazirliyi Suriyada və İraqda döyüşlərdə iştirak edən 5 nəfəri tutmuşdu. Azərbaycan Respublikasının vətəndaşları - Zaur Naib oğlu Heydərov, Elbrus Nurməmməd oğlu Əzizov, Vaqif Musa oğlu Talıbov, Rufan Şərəfəddin oğlu Ağcabəyov və Elşən Aydın oğlu İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdilər.
Keçirilən əməliyyatlardan və həbs edilən terrorçuların sayından görünün ki, mübarizəni təkcə Suriyada deyil hər bir ölkə öz daxilində həyata keçirə bilər.
1288 dəfə oxundu