“İstanbuldayam, başqa vətənim yoxdur” - Ərdoğanın oğlu

“İstanbuldayam, başqa vətənim yoxdur” -


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğulu Bilal Ərdoğan “A Xəbər” telekanalının canlı verilişində sualları cavablandırıb.

Modern.az Türkiyə mediuasına istinadən bildirir ki, ilk dəfə canlı yayına çıxan dövlət başçısının oğlu “İtaliyaya qaçdı” iddialarına cavab verib: “Bu an haradayam? İstanbuldayam. Bayramda da buradaydım. Mən vətənimdəyəm, mənim başqa vətənim yoxdur. Qaçmış, filan deyiləm. Bunun yetərli cavab olduğuna inanıram”.

Bilal deyib ki, gözəl bir uşaqlığı keçib: “Siyasətin sıxlığını özüm bildim, atamın həyatında hiss etmişəm. Ramazanlarda belə doğru-dürüst iftar etdiyimiz belə azdır Atama çox giley etdik. Biz gənc yaşda anam və atamın ölkə üçün etdiyi fədakarlıqlarının nə qədər qiymətli olduğunu görmüş olduq.

Siyasəti atamın həyatından öyrəndim. ...Atamı həbsxanaya uğurladığımızı unuda bilmərəm. Həbsxana qapısına yetişəndə atam orada toplananlara son sözlərini söylədi. Mən orada atamla vidalaşa bilmədim. Atamla vidalaşa bilməməyim məni çox üzmüşdü. Oradan tez-tez məktub gəlirdi.

Məqsədim Boğaziçi Universitetində oxumaq idi. Amerikada İndiana Universitetinə qəbul oldum. Atam həbsxanadan çıxışında da burada ola bilmədim”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1126 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...