“Rusiya bizimlə əməkdaşlıq etsə...” - Kerri

 “Rusiya bizimlə əməkdaşlıq etsə...” -


Yaxın günlərdə Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı və İordaniya liderləri ilə görüşüb Suriya məsələsini müzakirə edəcəyəm. Axar.az xəbər verir ki, bu sözləri Madriddə jurnalistlərə ABŞ Dövlət katibi Con Kerri deyib.

“Suriya böhranının hərbi həll yolu yoxdur. Bunu Rusiya da daxil olmaqla, hər kəs bilir. Bu situasiya region ölkələrinə zərər verir. Mən liderlərlə görüşdə konfliktin həll yollarını tapmağa çalışacağam. Görüş bu həftə də baş tuta bilər. Əgər Rusiya Bəşər Əsədi saxlamaq üçün hər şeyi etsə, bu vəziyyəti çətinləşdirəcək. Əgər Rusiya bizimlə əməkdaşlıq etsə, bu, İŞİD probleminin həllinə aparacaq”, - Kerri bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1120 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...