Türkiyə Suriya ilə sərhəddə hərbi təyyarəni vurdu

Türkiyə Suriya ilə sərhəddə hərbi təyyarəni vurdu


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu dəqiqələrdə Suriya ilə sərhəddə “hansı ölkəyə aid olduğu müəyyən edilməyən” təyyarənin vurulub salındığını elan edib

Virtualaz.org saytı xəbər verir ki, Baş Qərargah bu gün ölkənin Suriya ilə sərhədində Türkiyənin hava sahəsinə daxil olan, “hansı ölkəyə aid olduğu bilinməyən” təyyarənin təsbit olunduğunu, həmin təyyarənin ekipajına üç dəfə xəbərdarlıq siqnalı verildiyini, lakin buna məhəl qoyulmadığını bildirir.

Nəticədə sərhəd boyu patrul uçuşları həyata keçirən Türkiyə F-16 təyyarələri təlimat əsasında hərəkət edərək həmin hədəfi vurub.

Qeyd edək ki. Suriya əməliyyatlarında iştirak edən Rusiya təyyarələri tez-tez Türkiyənin hava sahəsinə girir və ya sərhədə yaxın uçaraq Türkiyə təyyarələrini döyüş radarının hədəfinə götürür. Rəsmi Ankara bununla bağlı bir neçə dəfə etiraz bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1140 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...