Putin Medvedyevin ABŞ-a buraxılmamasından danışdı

Putin Medvedyevin ABŞ-a buraxılmamasından danışdı


Rusiya prezidenti Vladimir Putin Rusiya nümayəndə heyətini qəbul etməkdən imtina edən ABŞ-ın mövqeyini qeyri-konstruktiv adlandırıb. Bu barədə AzVision.az “TASS”-a istinadən xəbər verir. “Görünür belə mövqeyin zəifliyinin əsasında gündəlikdə hər hansı bir məsələnin olmaması durur. Yəqin ki, onların sadəcə danışmaq üçün mövzu yoxdur”, - deyə Putin vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ rəsmilərinin Rusiya baş naziri Dmitriy Medvedevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edə bilməyəcəyini açıqlamaşdılar. “Onlar (ABŞ tərəfi) bizə bildirdilər ki, nümayəndə heyətini Moskvaya göndərə bilməzlər və Rusiya nümayəndə heyətini Vaşinqtonda qəbul edə bilməzlər”, - deyə Lavrov Rusiya Dövlət Dumasında çıxış zamanı bildirib. Qeyd edək ki, Medvedyevin başçılıq edəcəyi nümayəndə heyəti ABŞ-la Suriyada terrorizmlə mübarizədə koordinasiya məsələlərini müzakirə etməli idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...