Dövlət Ankara terrorunun qurbanlarına 3 milyona yaxın təzminat verəcək

Dövlət Ankara terrorunun qurbanlarına 3 milyona yaxın təzminat verəcək


Ankarada baş verən terror faciəsi zamanı ölən şəxslərin ailələrinə və yaralılara təzminat ödəniləcək. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ölənlərin yaxınları və faciədə yaralananlara ümumilikdə 2 milyon 820 min 663 lirə təzminat ödəniləcəyinə qərar verilib.

Qərara əsasən, partlayışda həyatını itirənlərin ailələrinə 29 min 79 TL təzminat, bundan əlavə 789 TL maaş veriləcək.
Yaralıların yaxınları işlə təmin olunacaq, uşaqlarına isə universitetdə təqaüd veriləcək. Faciədən sonra əlil qalanlara 2 min 326 TL - dən 41 min 874 TL-yə qədər təzminat ödəniləcək. Bundan başqa, fiziki qüsuruna görə həmin şəxsə aylıq 473 Tl ilə 789 Tl arasında maaş verilməsi də nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1009 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...