Ermənistan parlamentində ikinci terror xofu VİDEO

Ermənistan parlamentində ikinci terror xofu


Ermənistan parlamentinin sədri Qalust Sahakyan oktyabr ayının 5-i parlament üzvlərinin jurnalistlərlə təmasına və jurnalsitlərin parlament binasında rəsmilərə yaxınlaşmasına qadağa qoyub.

Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, müstəsna hallarda parlamentin təhlükəsizlik xitmətinin rəisi, parlament spikeri, parlament aparatının rəhbəri və parlamentin mətbuat xidməti rəhbərinin icazəsi ilə jurnalistlər parlament üzvlərinə yaxınlaşa bilər.

Ermənistan KİV-də yayılan xəbərlərə görə, bu qərarın verilməsinə səbəb ölkənin baş naziri Hovik Abrahamyanın belə göstəriş verməsidir. Belə ki, dünən parlamentin iclasında iştirak edən Hovik Abrahamyana yaxınlaşmaq istəyən jurnalistlər mühafizəçilər tərəfindən ərazidən uzaqlaşdırılıb.

Baş nazirin belə bir qərar verməsinə başqa bir səbəb isə parlamentdə ikinci terror ola biləcəyi barədə məlumatların əldə edilməsidir. Ermənistan rəhbərliyinə məlum olan terror hadisəsinə qarşı bütün rəsmilərin iştirak etdiyi yerlərdə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.

Adı çəkiləməyən erməni rəsmisinin verdiyi məlumata görə, uzun zamandır Ermənistan və Qarabağ klanı nümayəndələri arasında baş verən qapalı qarşıdurma artıq açıq müstəviyə keçib və yerli əhali də bu klana qarşı çıxdığı üçün ermənistanlılara qarşı zor tətbiq olunacağı barədə məlumatlar daxil olmağa başlayıb.

Qeyd edək ki, 1999-cu il oktyabr ayının 27-də Qarabağ klanının sifarişi ilə beş nəfər jurnalist qiyafəli şəxs parlament binasına girərək o zamankı baş nazir Vazgen Sərkisyan və digərlərinə atəş açaraq onları qətlə yetirib.

Həmin videonu təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1273 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...