Almaniyada qaçqınların daha bir sığınacağı yandırıldı

 Almaniyada qaçqınların daha bir sığınacağı yandırıldı


Böyük mühacir axını ilə qarşılaşan Almaniyada son beş gün ərzində qaçqınlar üçün ikinci sığınacaq yandırılıb.

Virtualaz.org "RİA Novosti"-yə istinadən bildirir ki, hadisə İnqolştadda (Bavariyanın federal ərazisi) baş verib. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb, onlar dəm qazından boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıblar. Sığınacaqda 100 mühacir yaşayıb, yanğın zamanı onların neçəsinin binada olması dəqiqləşdirilmir. Hadisənin səbəblərini polis müəyyən etməlidir, amma belə hallar son zamanlarda artdığı üçün hüquq-mühafizə orqanı əməkdaşları bilərəkdən yandırmanı da istisna etmirlər.

Qaçqınlar üçün sığınacaqda bundan əvvəlki yanğın bazar günü - oktyabrın 4-də Frimarda (Türingiyanın federal torpağı) baş verib. Sentyabrın sonunda Visbadendə cinayət işləri üzrə federal idarədən bildirildiyinə görə, Almaniyada mühacirlərin yaşadıqları mərkəzlərə hücumların sayı 437-yə çatıb, bu isə 2014-cü il göstəricilərindən iki dəfə çoxdur. Almaniya ilk növbədə Suriya və Əfqanıstandan olan böyük mühacir axını ilə qarşılaşıb. Müxtəlif dəyərləndirmələrə görə, ölkədə 800 mindən 1 milyona qədər qaçqın qeydiyyatdan keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...