Nazarbayev dünya valyutasını yaratmağı təklif etdi

Nazarbayev dünya valyutasını yaratmağı təklif etdi


Qazaxıstan prezidenti Nursultan Nazarbayev dünya valyutasının hazırlanması üzrə BMT-nin üzv ölkələrinin səylərini birləşdirməyi təklif edib

Oxu.az xəbər verir ki, Qazaxıstan rəhbəri BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının tirbunasından qlobal böhran ilə mübarizəyə “indi qanunilik, demokratiklik, rəqabət, səmərəlilik və beynəlxalq nəzarət meyarlarına cavab verməyən” emissiya və dünya valyuta ehtiyatlarının dövriyyəsində qayda-qanunun yaradılması ilə başlamağın lazım olduğunu qeyd edib.

“XXI əsrdə dünyaya yeni keyfiyyətli maliyyə vasitələri lazımdır. Qlobal inkişaf və rifahın məqsəd və vəzifələrinə cavab verən dünya valyutasının hazırlanması üzrə BMT-nin üzv ölkələrinin səylərini birləşdirmək lazımdır”, - Nazarbayev deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
992 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...