Türkiyədə ana iki qızını, əri isə qadını qətlə yetirib

Türkiyədə ana iki qızını, əri isə qadını qətlə yetirib


Türkiyənin Diyarbəkr vilayətində dəhşətli qətl törədilib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, əsəb xəstəliyindən əziyyət çəkən qadın iki qızını qətlə yetirib. Qızların atası isə qadını öldürüb. Məlumata görə, iki qızı ilə cib xərci üstündə mübahisə edən ana onlara odlu silahdan atəş açıb. 18 və 20 yaşlı qızların ikisi də hadisə yerində ölüb. Qadın səsə otağa girən ərinə də atəş açmaq istəyib. Silah açılmadığından onun niyyəti baş tutmayıb. Əri mətbəxdən götürdüyü bıçaqla arvadının boğazını kəsib və qadın da hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Ailənin başçısı tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1035 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...