Fransada bir nəfər lotoda 25 milyon avro udub

Fransada bir nəfər lotoda 25 milyon avro udub
Fransada bir nəfər lotoda 25 milyon avro udub.
"Report"un yerli bürosu xəbər verir ki, Euromillions loto oyununun martın 7-də keçirilən ikinci tirajında 25 milyon avro udan şəxsin kimliyi hələlik məlum deyil.
Onun udduğu 25 milyona sahib çıxması üçün 60 gün vaxtı var.
2004-cü ildə yaradılmış Euromillions loto oyunu Avropanın 9 ölkəsini - Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Belçika, İrlandiya, Avstriya, İsveç və Lüksümburqu əhatə edir. Ən çox udan bu günədək 2014-cü ildə bir portuqaliyalı və 2012-ci ildə ingilis cütlük olub. Onlar 190 milyon qazanıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...