İrəvan növbədənkənar seçkiyə hazırlaşır - Çarukyan böhranı

İrəvan növbədənkənar seçkiyə hazırlaşır -

Əgər Ermənistan hökuməti Qagik Çarukyanın mandatını əlindən alsa, o zaman Çiçəklənən Ermənistan Partiyasından olan bütün deputatlar öz mandatlarından imtina edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti Çiçəklənən Ermənistan Partiyasındakı mənbəsinə istinadən yayıb. Məlumata görə, partiyanın deputatları bu addımı atacaqları təqdirdə ölkə yenidən növbədənkənar parlament seçkisinə getməli olacaq:

“Konstitusiyaya əsasən, parlamentin 30%-i müxalifətdən ibarət olmalıdır. Əgər Çiçəklənən Ermənistan Partiyası mandatlarından imtina etsə, bu, həqiqətən növbədənkənar seçkiyə gətirib çıxara bilər. Əgər yeni seçki olsa, Çarukyan daha geniş blok formalaşdırmaq niyyətindədir. Çoxları artıq buna hazır olduqlarını bəyan ediblər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
733 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...