Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ olundu - "Donuz qripi" var

Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ olundu -

Rusiyanın Səhiyyə İdarəsi Hindistanda "donuz qripi"nin yayılması ilə əlaqədar vətəndaşlarına xəbərdarlıq edib. Trend-in məlumatına görə, Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarını mütləq şəkildə peyvənd olunmağa çağırıb.

Qeyd edək ki, 2019-cu ilin yanvarından Hindistanın ayrı-ayrı ştatlarında insanların A/H1N1 - "donuz qripi" virusuna yoluxma halları artıb.

Hindistan Səhiyyə Nazirliyi daha təhlükəli vəziyyətin mərkəzi ştat olan Maxaraştrada qeydə alındığını bildirib. Belə ki, bu ştatda bu ilin bir neçə ayı ərzində 1300 А/H1N1 virusuna yoluxma halı qeydə alınıb. "Donuz qripi"nə yoluxanlardan 10-u dünyasını dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
692 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...