ABŞ və Avropada Litvadan gələn naməlum zənglər təhlükəli hesab olunur

ABŞ və Avropada Litvadan gələn naməlum zənglər təhlükəli hesab olunur
Amerikanın bir neçə ştatında Litva prefiksi (+370) ilə daxil olan naməlum zənglər təhlükəli hesab olunub.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Harrison bölgəsində məsələ artıq polis səviyyəsində nəzarətə götürülüb. Əhaliyə Litvadan gələn zənglərə görə xəbərdarlıq edilib.

Eyni problem Avropa daxilində müşahidə olunur. Belçikadan sonra indi də Litvadan gələn zənglər təhlükə doğurur. Polis xəbərdarlıq edir ki, bu prefiksdən gələn naməlum zəngə cavab verməmək lazımdır. Əks halda, insanların bank hesabları xaker hücumuna məruz qala, habelə nömrələr üçün çox yüksək məbləğdə hesab gələ bilər. Gələn zəngləri blok etmək tövsiyə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...