Milyarder deputata qarşı cinayət işinin açılması tələb edilir Ermənistanda

Milyarder deputata qarşı cinayət işinin açılması tələb edilir

"Çiçəklənən Ermənistan" Partiyası və parlamentdəki “Sarukyan” blokunun lideri, milyarder Qaqik Sarukyana qarşı cinayət işinin başlanılması üçün ölkənin Baş prokuroru Artur Davtyana müraciət edilib.

“Report” bildirir ki, müraciəti Vətəndaş Qərarı Partiyasının icraçı katibi Suren Saakyan göndərib.

Partiya funksioneri milyarder deputatı Ermənistan Konstitusiyasının 95-ci maddəsini pozmaqda (dövlət məmurları və deputatlar kommersiya fəaliyyəti ilə məşğul ola bilməz) ittiham edir və barəsində Cinayət Məcəlləsinin 310-cu maddəsi (qanunsuz olaraq sahibkarlıq fəaliyyəti) ilə cinayət işinin başlanmasını istəyir.

O da bildirilib ki, Sarukyanın deputat toxunulmazlığının ləğv ilə bağlı icraçı katibin müraciəti parlamentin sədrinə təqdim edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
654 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...