Rusiya raket əleyhinə müdafiəyə qayıdır? - ANALİZ
2013-cü ildə Azərbaycanda qapadılan Qəbələ RLS-in əvəzində Rusiyanın 2017-ci ildə yeni “Voronej” radiolokasiya stansiyasını inşa edəcəyi barədə məlumat Azərbaycan KİV-ni çaxnaşmaya salsa da hələ ki Rusiya mətbuatı buna o qədər də əhəmiyyət vermir.
Məqalə müəllifi Viktor Sokiro avqustun 17-də “Zvezda” (“Ulduz”) hərbi-təbliğat telekanalının saytında Rusiyanın yeni raket əleyhinə müdafiə sisteminə həsr olunan “Svirepıy C-400 “Triumf” – qroza evropeyskoy PRO” (“Amansız C-400 “Triumf”- Avropa raket əleyhinə müdafiənin qənimi”) adlı məqaləsində ötəri olaraq Azərbaycanın adını çəkib. Belə ki, son vaxtlar bu sistem keçmiş SSRİ məkanında uçmuş, köhnəlmiş raket əleyhinə müdafiə sistemlərinin (RƏM) yerində çox aktiv şəkildə qurulur.
http://tvzvezda.ru/news/forces/content/201508171028-5dbw.htm
Nə Kreml, nə də rəsmi Bakı bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.
V.Sokiro hərbi jurnalistdir və Yuqoslaviya, Əfqanıstan, Çeçenistan, Gürcüstanda qaynar nöqtələrdə hadisələri işıqlandırıb. 2009-cu ildə Gürcüstana qarşı hərbi təcavüzün ört-basdır edilməsində təbliğata görə “İgidliyə görə” medalı ilə təltif edilib.
Bu arada hərbi ekspertlər “Zvezda” kanalının məlumatının həqiqətəuyğun olmadığını bildiriblər. Belə ki, “Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalının redaktoru İqor Korotçenko “Vestnik Kafkaza” (“Qafqaz carçısı”) müxbirinə bildirib ki, informasiya həqiqətəuyğun deyil. “Sizə deyə bilərəm ki, raket hücumları barədə xəbərdarlıq sistemi ilə məşğul olan şəxslə efirdə oldum. Efir şənbə günü olub. O bildirib ki, “Voronej” stansiyaları yalnız Rusiya ərazisində inşa edilir. Biz Azərbaycanda heç bir stansiya tikmirik”, - o vurğulayıb.
“Vozduşno-kosmiçeskaya oborona” (“Kosmik -hava müdafiəsi”) jurnalının baş redaktoru Mixail Xodarenok “Zvezda”nın məlumatını “ən azı qəribə” adlandırıb. “Birincisi bu, o deməkdir ki, Azərbaycanın ərazisində Rusiyanın hərbi bazası olacaq. Qəbələ RLS-in bağlanmasından sonra Azərbaycan buna razı olacaqmı? İnandırıcı deyil, bundan əlavə, hələ ki Azərbaycanın bununla bağlı reaksiyası yoxdur. İkincisi, başqa dövlətlərin ərazisində raket hücumundan xəbərdarlıq sisteminin inşasına zərurət yoxdur: bu, enerji baxımından yetərincə tutumlu obyektdir, yəni başqa dövlətin iradəsindən tam asılıdır və RLS-in elektrik təchizat mənbələrindən kəsilməsi zamanı biz raket hücumu haqda xəbərdarlıq qovşağından məhrum oluruq və böhran vəziyyətində ona arxalana bilmərik”, - o açıqlama verib.
“Bu cür obyektlərin başqa dövlətlərin ərazisində inşa edilməsi düşüncəsiz addımdır. Bundan əlavə, Krımın Rusiyaya birləşdirilməsi ilə belə obyektin tikintisini Fiolent burnunda nəzərdə tutmaq məqsədəuyğundur. Əvvəllər burada ayrıca raket hücumu barədə xəbərdarlıq qovşağı – “Dnepr” tipli stansiya yerləşib. Bu, daha əlverişlidir, nəinki başqa dövlətin ərazisində bizim dövlətin milli təhlükəsizliyinin asılı olduğu yollar çəkmək, enerji tutumlu obyektlər tikmək”, - Xodarenok yekunlaşdırıb.
http://www.vestikavkaza.ru:8890/news/V-Azerbaydzhane-postroyat-novuyu-rossiyskuyu-RLS.html
Bir neçə dəlil göstərmək olar ki, bunlar Sokironun məlumatını təsdiqləmir.
Birincisi, Rusiyanın yeni RLS-lərin inşasına dair strategiyası yalnız RF ərazisini nəzərdə tutur. Bu RLS-lərin inşası 2000-ci ilin əvvəllərindən maksimum sürətlə həyata keçirilir. Keçmiş sovet respublikalarının ərazisində bir sıra RLS-in itirilməsindən ibrət alan Moskva növbəti eksseslərdən çəkinir. Hətta Rusiyanın müttəfiqi olan Qazaxıstanda “Balxaş” RLS də çıxarılır və onu Barnaul yaxınlığında “Voronej -DM” əvəzləyəcək. Stansiya 2014-cü il dekabrın 19-dan hərbi-təcrübə növbətçiliyinə başlayıb.
Son dörd ildə RF ərazisində “Voronej” tipli beş RLS yaradılıb. Cəmi yeddi belə stansiya yaradılıb: Leninqrad, Kalininqrad vilayətlərində, Armavir və Usolye-Sibirdə RLS-lər növbətçiliyə başlayıb. Bu barədə Rusiya Kosmik Hava Qüvvələri (KHQ) kosmik qoşunları raket hücumundan xəbərdarlıq mərkəzinin Baş Qərargah rəisi polkovnik Viktor Timoşenko bildirib.
Hazırda Yeniseysk və Barnaulda stansiyaların hərbi növbətçiliyə başlamasına hazırlıq gedir. Orskda analoji obyektin yaradılması üzrə işlər böyük sürətlə gedir. Hazırda bizim vəzifəmiz Yeniseysk, Barnaul, Orsk stansiyalarını tamamlayıb növbətçiliyə çıxarmaq, Murmansk vilayətində Vorkuta rayonunda stansiya yaratmaqdır. İşlər gedir və davam etdiriləcək. Rusiya Arktika regionunda RLS quracaq, - RİA-Novosti Timoşenkodan sitat gətirib.
http://ria.ru/defense_safety/20150815/1186598219.html
İkincisi, Armavirdə yaradılan RLS Qəbələ RLS-in bağlanması ilə itirilən məlumatları tam həcmdə kompensasiya etməyə qadirdir (öz taktiki-texniki xarakteristikasına görə “Voronej-DM” hazırda fəaliyyət göstərən “Dəryal” və “Dnepr-M” tipli stansiyalardan geri qalmır). Mövcud məsafədə 4,5 min km.-də hədəfin aşkarlanması zamanı onun 6 min km.-dək artırılması qabiliyyətinə malikdir.
http://tvzvezda.ru/weapon/kosmos/content/201112121256-1xgt.htm )
Bundan əlavə, məhz bu kompleks Rusiyanın Ukraynadan icarəyə götürdüyü və sonradan imtina etdiyi Mukaçevo və Sevastopol RLS-lərdən informasiya itkisinin tam doldurulmasına imkan verir. Bu kompleksin raket hücumundan xəbərdarlıq sisteminin tərkibinə daxil edilməsi raket təhlükəsi olan cənub və cənub-şərqi istiqamətlərdə məsələnin etibarlı həllini təmin edəcək”, - “RTİ ASC-nin (Radiotexnika və İnformasiya sistemləri) baş direktoru, raket hücumundan xəbərdarlıq sisteminin baş konstruktoru Sergey Boyev bildirib. İnterfaks məlumat yayıb.
http://vz.ru/news/2014/2/14/672557.html
Üçüncüsü, 2012-ci ilin sentyabrında ABŞ NATO ölkələri ərazisini qitələrarası ballistik raketlərdən qorumağa qadir olan raket əleyhinə kosmik sistemin 2020-ci ildən tətbiq edilməməsi barədə razılaşdıqdan sonra Rusiyanın raket əleyhinə müdafiə sistemi 2013-cü ildə Azərbaycanda, sonra Ukrayna və Qazaxıstanda qapadılıb.
$500 mlrd. dəyərində sistem uçuşların ilkin mərhələsində potensial düşmənin raketlərinin tutulması üçün nəzərə alınıb. Həyata keçirilərdisə bütün Rusiya ərazisini əhatə edərdi və demək olar ki, RF strateji kosmik-raket qüvvələrini zərərsizləşdirərdi.
2008-ci ildə maliyyə böhranı ilə əlaqədar Rusiyanın bu planlara qarşı çıxmaq üçün nə vəsaiti, nə də texniki imkanları yox idi. Və raket əleyhinə müdafiə sistemində milli çərçivədən çıxmaqla bağlı istənilən cəhd, üstəlik də indiki dərin iqtisadi böhran şəraitində, ABŞ-ın cavab reaksiyasına səbəb ola bilər ki, bu da kəskin nəticələr verə bilər.
1185 dəfə oxundu