ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub

ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub


ATƏT müşahidəçiləri ötən gün növbəti dəfə Donbasda atəşə tutulub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın hazırkı sədri, Serbiya XİN rəhbəri İvitsa Daçşiçin bəyanatında bildirilir.

ATƏT rəhbəri qeyd edib ki, bu hadisədən sonra o növbəti dəfə münaqişə tərəfləri Xüsusi monitorinq qrupunun işinə əngəl törətməməyə çağırıb. Bundan əvvəl Ukrayna XİN-i Donbasda atəşkəsin pozulması təhlükəsi olduğundan Rusiya hakimiyyətini tədbir görməyə çağırıb. Qeyd edək ki, avqustun 10-na keçən gecə Donetskdə naməlum şəxslər ATƏT müşahidə missiyasına məxsus 7 avtomobil yandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...