1 milyon 460 min əcnəbiyə ölkəyə giriş yasaqlanıb

1 milyon 460 min əcnəbiyə ölkəyə giriş yasaqlanıb


“1,46 milyondan çox əcnəbiyə Rusiyaya giriş yasaqlanıb”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin əcnəbilər Rusiyanın miqrasiya qanunvericiliyini pozmuş şəxslərdir: “Hazırda Rusiya ərazisində miqrasiya qanunvericiliyini pozan 2,7 milyon xarici vətəndaş var. Bu şəxslər qanunvericilikdə nəzərdə tutulan 90 gün qalma müddətini pozaraq ölkə ərazisində qalıblar. Ona görə də onlar Rusiyaya girişinə qadağa qoyulacaq şəxslərin yer aldığı “risk” qrupuna daxil edilib”. FMX rəhbəri keçən illə müqayisədə Rusiyaya gələn xarici vətəndaşların sayının azaldığını söyləyib: “Ötən illə müqayisədə Rusiyadan deportasiya olunan əcnəbilərin sayı çoxalıb. Rusiyaya gələn əcnəbilərin sayında isə azalma müşahidə olunur. Həm də Rusiya vətəndaşlığını qəbul edənlərin sayında artım var”.

K. Romadanovski Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı səsləndirilən fikirlərlə razılaşmadığını da bildirib: “Biz qanunları sərtləşdirmirik, sadəcə bu sahədə qayda-qanun yaradırıq”. FMX rəhbəri bildirib ki, bu ilin 6 ayı ərzində 310 min əcnəbiyə ölkəyə giriş yasaqlanıb. Onlardan 15 min nəfər 10 il müddətinə, 90 min nəfər isə 5 il müddətinə deportasiya olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...