Lukaşenkonun 13 rəqibi var

Lukaşenkonun 13 rəqibi var


Belarusda ölkə prezidentliyinə namizədlərin qeydiyyatına dair təşəbbüs qruplarının sənədlərinin qəbulu iyulun 17-də başa çatıb.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, 14 qrup lazımi sənədləri təqdim edib. Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, solçu “Ədalətli dünya” partiyasının rəhbəri Sergey Kalyakinin, Liberal-Demokrat Partiyasının rəhbəri Sergey Qaydukeviçin, biznesmen Andrey Konovetsin sənədlərini qəbul edib. Namizədlər arasında həmçinin "Həqiqəti de" vətəndaş hərəkatının fəalı Tatyana Korotkeviç, Birləşmiş Vətəndaş Partiyasının sədri Anatoli Lebedko, Nikolay Statkeviç, Janna Romanovskaya, İrina Perşina, Sergey Zablotskiy, Aleksandr Yudayev, Viktor Tereşenko, Belarus Vətənpərvər Partiyasının sədri Nikolay Ulaxoviçin adları var.

A.Lukaşenko, S.Qaydukeviç və S.Kalyakinanın qrupu artıq qeydiyyatdan keçib, digər namizədlərin qeydiyyatına dair qərar iyulun 20-də qəbul olunacaq. Xatırladaq ki, Belarusda prezident seçkiləri oktyabrın 11-də keçiriləcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...