İmamoğlu 4 gün polis idarəsində saxlanılacaq
Xəbər verdiyimiz kimi, bu gün səhər İBB sədri Əkrəm İmamoğlu saxlanılıb və onun evində axtarış aparılıb.
Yeniavaz.com xəbər verir ki, “CNN Türk”ün xəbər direktoru Nihat Uludağ növbəti proseslər barədə mənbələrdən aldığı informasiya əsasında məlumat yayıb.
O qeyd edib ki, İmamoğlu və onunla birlikdə məsuliyyətə cəlb edilənlər 4 gün polis idarəsində saxlanılacaqlar.
“İndi nə olacaq? Proses necə davam edəcək? 4 günlük saxlanılma gözlənilir. 106 nəfər haqqında saxlanılma ilə bağlı qərar var, hazırda onlardan 84-ü saxlanılıb. Əkrəm İmamoğlu və onunla birlikdə məsluiyyətə cəlb olunanlar 4 gün polis idarəsində saxlanılacaqlar”, - jurnalist bildirib.
Xatırladaq ki, bu gün səhər İBB sədri Əkrəm İmamoğlu saxlanılıb və onun evində axtarış aparılıb.
Ötən gün isə İstanbul Universiteti Ə. İmamoğlunun bakalavr diplomunun ləğv edilməsi barədə qərar verib.
Qeyd edək ki, İmamoğlu martın 23-də Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidenliyə namizədinin müəyyənləşəcəyi partiyadaxili seçkiyə hazırlaşırdı. O, CHP-nin prezidentliyə ən böyük namizədi hesab olunur.
40 dəfə oxundu