Azərbaycanın bu ərazilərinə qar yağır

Azərbaycanın bu ərazilərinə qar yağır
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı GUNDEMİNFO.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 12-də saat 11:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə arabir yağış, Şahdağda isə qar yağır.

Vurğulanıb ki, düşən yağıntının miqdarı Naxçıvanda 10 mm, Lənkəran, Lerik və Şahbuzda 9 mm, Neftçala və Qubada 8 mm, Şərurda 7 mm, Biləsuvar, Sədərək, Astara, İmişli, Yardımlı, Cəfərxan, Culfa, Xaçmaz, Ordubad, Altıağac, Qusar, Qrız, Şabran, Tərtər, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Şəmkir və Sabirabadda 5 mm olub.

Naxçıvan, Ordubad, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-də 5, Aran rayonlarında 11, dağlıq rayonlarda 4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3 dərəcə şaxta qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
203 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...