ABŞ Milli Qvardiyası 15 ştatda səfərbər olub

ABŞ Milli Qvardiyası 15 ştatda səfərbər olub
ABŞ-də Milli Qvardiyanın 250-dən çox əsgəri 15 ştatda keçirilən prezident seçkilərində səsvermənin təhlükəsizliyini təmin edir.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hərbi personal Alabama, Arizona, Delaver, Havay, İllinoys, Ayova, Nyu Meksiko, Şimali Karolina, Oreqon, Pensilvaniya, Tennessi, Texas, Vaşinqton, Viskonsin və Qərbi Virciniya kimi ştatlarda səfərbər olunub.

Gücün təxminən yarısı kibertəhlükəsizliyə, digər yarısı isə yerli hakimiyyət orqanlarının tələbi ilə müəyyən ərazilərə dəstək verirlər.

Milli Qvardiya da həftə sonu səsvermə qutularının yandırıldığı Vaşinqton və Oreqon da daxil olmaqla bir sıra ştatlarda vətəndaş iğtişaşları riski ilə əlaqədar həyəcan vəziyyətinə gətirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
99 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...