“İmkansız təbəqə süni ət almağa məcbur olacaq” – SOSİOLOQ

“İmkansız təbəqə süni ət almağa məcbur olacaq” –
Ət məhsulları bahalaşmaqda davam edir. Artıq paytaxtda dana ətinin bir kiloqramı 16, quzu ətinin bir kiloqramı isə 21-22 manata təklif olunur. Bu isə o deməkdir ki, son bir ayda ət 10-15 faiz bahalaşıb.
Bunun səbəbi heyvandarlığa marağın azalması, bölgələrdə adam qalmaması ola bilərmi? Ümumiyyətlə bir çox ölkədə artıq süni ət istehsalına başlanılıb. Bizdə də reallaşacağı mümkündürmü?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlma verən sosioloq Elçin Bayramlı bildirib ki, ətin qiymətinin bahalaşması artıq neçə ildir ki, davam edir.

Sosioloqun sözlərinə görə, bahalaşma təkcə bizdə deyil, bütün dünyada da baş verir. Bunun da iki əsas səbəbi var: Biri lokal səbəblərdir, digəri isə qlobal səbəblərdir.

“Qlobal səbəb süni ət texnologiyasının artıq bir neçə ildir hazır olmasına bəzi ölkələrdə dövriyyəyə buraxılması ilə bağlıdır. Proqramlaşdırılmış süni hüceyrələr əsasında, süni hüceyrələrin çoxaldılması nəticəsində əldə olunur. Çox təhlükəli, qeyri-təbii məhsuldur. Genetikası tamamilə təbiilikdən çıxarılmış süni məhsuldur. Bunu dünyada otuzdurmaq üçün qlobal bir proses gedir. Hazırda maya dəyəri 15 dollara qədər aşağı salınıb və getdikcə də aşağı düşür. Hədəf 5 dollara qədər maya dəyərinin salınmasıdır. Buna paralel olaraq da bütün dünyada heyvandarlığa qarşı mübarizə gedir. Artıq bir çox ölkələrdə insanların heyvan saxlaması üçün vergilər artırılıb, müxtəlif qadağalar qoyulub. Bunu da qlobalistlər əsaslandırırlar ki, guya ki, heyvanlar metan qazı buraxır. Bu da ozon qatını dağıdır, atmosferi çirkləndirərək təhlükə yaradır. Halbuki bu tamamilə əsassız bir bəhanədir. Metan və karbon emissiyası dünyadakı sənaye zavodlarından daha çox təbiəti korlayır.

Eyni zamanda nəqliyyat, gəmi və s. kimi… Yəni təbiətə zərər vuran kapitalist sənayesidir. Azğıncasına, qudurmuşcasına, vəhşicəsinə qurulmuş bir resursların istehsalı və emalı nəticəsində yaranmış təhlükəli maddələrlə emal prosesi aparılan zavod və fabriklərlə bağlıdır ki, bunlar atmosferə külli miqdarda heyvanların buraxdığından milyon dəfələrlə artıq zərər vururlar. Hətta bəzi ölkələrdə müxtəlif xəstəliklər yaydılar. Kütləvi şəkildə heyvanların qırılması baş verdi.

Biz də dünyaya aid olduğumuz üçün bizə də təsirləri dəyir. Azərbaycan həm də xaricdən heyvan və ət idxal edir. Yerli istehsala gəldikdə heyvandarlıq sahəsi son illərdə çox ciddi şəkildə tənəzzülə doğru gedir. Heyvandarlıq üçün xərclər artır. Müxtəlif standartların qoyulması sahibkarların xərclərini artırır. Örüş yerləri kəskin azaldılıb əkin sahələrinə verilir. Heyvanların otarılması üçün ərazi də qalmayıb. Heyvan yemlərinin kəskin bahalaşması da ətin qiymətinin artmasına təsir göstərir.

Eyni zamanda dolayı təsirlər var. Müxtəlif yanacaqların qiymətinin artması, son illərdə suyun qiymətinin artması, dərmanların qiymətinin artması, kənd təsərrüfatına aid məsələlərdə qiymət artımı olduğuna görə dolayı təsir göstərir. Heyvandarlıq üçün maya dəyəri baha başa gəlir.

İki istiqamətdə biz bunu ümumilikdə götürsək aydındır ki, ətin qiyməti fasiləsiz olaraq durmadan bahalaşacaq. Qlobal plan belədir ki, yaxın bir neçə ildə təbii ət dövriyyədən çıxarılsın. Müxtəlif qadağalar gözlənilə bilər. Sağlamlıq, ekologiya adı altında heyvanlara qarşı bir virusun buraxılacağını güman edirəm. Qlobal miqyasda, xüsusilə də qırmızı ətlə bağlı heyvanlarda olacaq. Çünki broyler sənayesi tamamilə qlobal korporasiyaların əlindədir. Hələlik insanların əlində qalan heyvanları da sıradan çıxarmaq istəyirlər.

Yaxın 3-5 ildə bütün dünyada süni ətə keçiləcək. Əvvəlcə kolbasa və sosiskalarda, kafe-restoranlarda, ət məmulatlarında tətbiq olunacaq. Sonra isə açıq şəkildə satışa buraxılacaq. Dadı təxminən eyni olacaq, qiyməti də ucuz olacaq.

Paralel olaraq da ət tam qadağan edilməyəcək. Amma arada elə bir fərq olacaq ki, insanlar məcburən süni əti alacaq. İmkansız təbəqə süni ət almağa məcbur olacaq. Sonrakı müddətdə də tədricən heyvan əti dövriyyədən çıxarılacaq.

Bundan əvvəl necə ki, bütün qidaları süniləşdirdilər, bütün meyvələri, tərəvəzləri, paxlalıları, taxılları, bütün emal olunmuş, konservləşmiş qidaların hamısı süni maddələrdən ibarətdir. Eynilə bu proses heyvandarlıqda da gedir.

Bir ara quş qripi buraxdılar. Bütün dünya ölkələrinin əksəriyyətindən təbii quşları qırıb məhv etdilər, yerinə isə broyler sistemini oturtdular. Çox yaxşı ki, quş qripi dövründə bizim hökumət ağıllı tərpəndi, qlobal hay-həşirə uymadı. Bizim yerli quşların məhv olmasına imkan vermədi. Hələlik rayonlarımızda, kəndlərimizdə xeyli təbii toyuqlar, quşlar hələ ki, qalıb. Məsələn, qonşu Türkiyədə təbii toyuqlar artıq yoxdur.

Həmin prosesi indi də iri və xırdabuynuzlu heyvanların üzərində tətbiq etmək istəyirlər.

Mən hökumətimizi, sahibkarlarımızı, fermerlərimizi çağırıram ki, mümkün qədər bu prosesdən yan keçməyə çalışın. Öz təbii məhsullarımızı təbiətin yaratdığı nemətlərlə inkişaf etdirək. Dədə-baba toxumlarımızla əkin-biçin edək. Eynilə heyvandarlığı da, quşçuluğu da təbii formada inkişaf etdirək.
Yeri gəlmişkən artıq balıq çılıqda da artıq süni dərmanlı göl balıqları bazarın 90 faizindən çoxunu götürüb. Hələki, 5-10 faiz çaydan, göldən, dənizdən olaq balıqları tapmaq olur.

Bax, belə bütün dünyada qlobal qida terroru gedir. Azərbaycanı bu terrordan qoruması üçün hər cür imkanlar var. coğrafiyamız, iqlimimiz, təbii ehtiyyatlarımız tamamilə buna imkan verir. Sadəcə qoruyucu tədbirlər görülməlidir. Dövlət təbii əkin-biçinləri, heyvandarlığın inkişafı üçün yardımlar verməli, maneələri aradan qaldırmalıdır. Biz idxaldan asılılığımızı aradan qaldırmalıyıq. Bu gün ərzaq idxalında biz 50 faizdən artıq idxaldan asılıyıq. Ət məhsullarında da çox böyük idxal göstəriciləri var. Bunu aradan qaldırmaq üçün imkanlarımız var.

Yeni azad olunmuş ərazilərdə çox böyük imkanlar var. Vaxtilə orada heyvandarlığın çox böyük şöhrəti, imkanları olub. Orada təbii heyvandarlığın inkişafı üçün yaxşı imkanlar var. Bütün ölkəmizi məhsullarla təmin edə bilərik. Biz bu qlobal prosesdən özümüzü qorumağa məcburuq. Çünki qidalarla insanların genləri dəyişir. Süni qidalar həm də psixologiyanı, sağlamlığı məhv edir. Bu ağır bir qlobal terrordur və biz bundan özümüzü qorumalıyıq. Bəzi ölkələrin buna imkanı yoxdur. Amma bizim coğrafi, təbii imkanlarımız buna tamamilə şərait yaradır. Sadəcə bu sahədə böyük bir dövlət siyasəti, dövlət proqramı olmalıdır. İnsanlarımız da bu sahədə ciddi məşğul olmalıdır ki, kənd təsərrüfatında biz heç bir ölkədən asılı qalmayaq və eyni zamanda təbii qidaları süni qidalarla əvəzləməyək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...