Bayden Rusiyanın dərinliklərinə zərbə endirilməsi ilə bağlı hələ qərar vermədiyini açıqlayıb

Bayden Rusiyanın dərinliklərinə zərbə endirilməsi ilə bağlı hələ qərar vermədiyini açıqlayıb
ABŞ prezidenti Co Bayden ABŞ-ın uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı hələ qərar qəbul etməyib.

APA xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Mövzu ilə bağlı suala “xeyr” deyə qısa cavab verən Bayden məsələ ilə bağlı heç bir əlavə məlumat verməyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna Qərbin köməyi olmadan Rusiya Federasiyasının ərazisinə dərin zərbələr endirmək iqtidarında deyil. Çünki bunun üçün ona peyklərdən və uçuş aparatlarından kəşfiyyat məlumatları lazımdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
330 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...