Lapşin İrəvanda saxlanıldı

Lapşin İrəvanda saxlanıldı
Bloqer Aleksandr Lapşin İrəvanda saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə özünün teleqram kanalında məlumat yayıb.

“Mən indicə Azərbaycan və Rusiya Federasiyasının axtarışı əsasında İrəvan Zvartnots hava limanında saxlanıldım. Bizdən onlarla birlikdə ofisə getməyimizi tələb etdilər. Mən imtina etdim. Pasportumu götürdülər, mən bir saatdan çoxdur ki, pasport nəzarəti kabinələrinin qarşısında dayanmışam. Sərhədçilər erməni dilində danışırlar, mən ancaq “həbs” sözünü tuturam”, - Lapşin yazıb.

Qeyd edək ki, bloqer Aleksandr Lapşin 2022-ci ildə Qarabağa qanunsuz səfər etmişdi.

Onu da xatırladaq ki, İsrail vətəndaşı A.Lapşin 2017-ci ildə Azərbaycanda həbsdə olub. O, Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. O, daha sonra Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılmış, ardınca İsrailə yollanmışdı.

***

Məsələ ilə bağlı Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, Aleksandr Lapşin Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilməsi ilə əlaqədar saxlanılıb.

Qeyd edilib ki, prokuror sənədləri öyrəndikdən sonra Aleksandr Lapşinin həbs edilməməsi ilə bağlı şifahi göstəriş verib və o, hazırda azadlıqdadır.

Bundan başqa, Lapşinin Ermənistana girişinə icazə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...