Ermənilər Bakıya gəlir

Ermənilər Bakıya gəlir
Erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya səfərləri təşkil edilə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşün nəticələrinə dair məlumatında qeyd edilib.

Bildirilib ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
341 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...