Ermənistan “Xalq artisti” və “Əməkdar artist” adlarını LƏĞV EDİR

Ermənistan “Xalq artisti” və “Əməkdar artist” adlarını LƏĞV EDİR
Ermənistan “Xalq artisti” və “Əməkdar artist” fəxri adlarını ləğv etməyə hazırlaşır. Əvəzində “Əməkdar Mədəniyyət İşçisi” və “Əməkdar İncəsənət Xadimi” titullarını saxlamaq istəyirlər.

Modern.az xəbər verir ki, bu barədə Emənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan jurnalistlərə bildirib.

Nazir deyib ki, mədəniyyət xadimlərinin fəaliyyətinə verilən qiymət müxtəlif müsabiqələrdə, festivallarda, konsertlərdə mükafatlar almaqla öz əksini tapmalıdır.

“Nazirlik sənətçini “Xalq artisti” kimi müəyyənləşdirirsə, onda belə çıxır ki, qalanları xalqın deyil? Bu, sovet dövründən qalan bir mirasdır. Bunun müsbət elementləri ola bilər, lakin daha çox çaşqınlıq yaradır. Əsl qiyməti xalq verir”, - deyə Dumanyan vurğulayıb.

Ermənistanda “Əməkdar artist” və “Xalq artisti” titulları 1931-ci ildə təsis edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1178 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...