“Azərpaşa Nemətovun qabağında əyilirdilər...”

“Azərpaşa Nemətovun qabağında əyilirdilər...”

“Mən hər zaman doğruları danışıram. Gürcüstanda dünya şöhrətli rejissorlar bir araya gəlmişdi. İnanın, bizi çox gözəl qarşıladılar. Azər müəllimin qabağında əyilirdilər. Əgər belə rejissorlarımız varsa, onları itirməməli, qədrini bilməliyik. O, həm gözəl rejissor, həm də gözəl insandır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Səhər-səhər” proqramında qonaq olarkən deyib. O, uzun müddətdir bir sıra mədəniyyət üzvləri tərəfindən sərt tənqid olunan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovu müdafiə edib.

“Azərpaşa Nemətovun qabağında əyilirdilər...”


Məşhur aktrisa “Azdrama”da vəziyyətin çox yaxşı olduğunu bildirib: “Bizim teatrda hər şey normaldır. Mən instaqram səhifəmdə tamaşalarımdan sonra görüntülər paylaşıram. Özüm bilərəkdən yayıram ki, zala nə qədər insan gəldiyini görsünlər. Tamaşaçı bilsin ki, teatra axın var.

Ümumiyyətlə, dünyada istedad hər gün doğulmur. Bu, 5-10 ildən bir baş verir. Yadda qalan insanlar barmaqla sayılacaq qədərdir. İstedadı olmayan başqa şeylə gündəmə gəlirsə, çox yaşamayacaq. O, mənim kimi 30 il gündəmdə olmayacaq, yerini saxlamayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...